“Rusiya və Ukrayna da, prinsip olaraq, atəşkəs fikri ilə razılaşıb”.
Den.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir bildirib ki, hər iki tərəfin atəşkəs üçün fərqli fikirləri var:
“Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsin təminini istəyir, Rusiya tərəfinin isə şərtləri var. Bunun müzakirəsi üçün tərəflər bir araya gəlməli, razılaşmadıqları məsələləri razılaşdırmalıdır. Bunun üçün ABŞ vasitəsilə başladılan Ukrayna-Rusiya müzakirələri müəyyən mərhələyə gəlib. Tərəflər artıq bir nöqtəyə gəlməyə çalışırlar. Bizim bu danışıqlara davam etməyimiz lazımdır. Məqsəd sülhə nail olmaqdırsa, hər iki tərəfin müəyyən güzəştlər etməlidirlər. Vasitəçilərin üzərinə mühüm vəzifələr düşür. Bu məsələdə biz hər cür dəstəyi əvvəldən veririk və bundan sonra da verəcəyik”.