Hazırda tərəflər Qara dəniz məsələsi də daxil olmaqla Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxındırlar və bundan sonra gələcək mövzuların müzakirəsinə başlaya biləcəklər.
Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.
"Biz buna yaxınıq, heç vaxt tam atəşkəsə indi olduğumuz qədər yaxın olmamışıq", - Temmi Bryus deyib. O, ABŞ-nin Qara dənizdə atəşkəs də daxil olmaqla Rusiya və Ukrayna ilə birlikdə işlədiyini bildirib.
Onun sözlərinə görə, bundan sonra tərəflər gələcək məsələləri müzakirə etməyə başlaya biləcəklər.