ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə mümkün qədər tez görüşmək istəyir.
Den.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “CBS News”a müsahibəsində bildirib.
“Prezident artıq bu görüş təklifini açıq şəkildə irəli sürüb. Görüşün təşkili müəyyən hazırlıq tələb edir. Ona görə də dəqiq vaxt və yer barədə hələlik danışmaq çətindir. Amma prezident bu görüşün tezliklə baş tutmasını istəyir. Məncə, Rusiya tərəfi də buna hazır olduğunu bildirib. İndi əsas məsələ tərəfləri bir araya gətirib, görüşün yeri, vaxtı və gündəmini müəyyənləşdirməkdir”, – deyə Rubio qeyd edib.