ABŞ-ın Suriyadakı Hərbi Bazası Yüksək Döyüş Hazırlığına Gətirilib...
ABŞ-ın Suriyanın şimal-şərqindəki Kəsrək bölgəsində yerləşən böyük hərbi bazası İran və onunla əlaqəli silahlı qruplaşmaların hücum ehtimalına görə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Den.az xəbər verir ki, bu barədə "Syria TV" telekanalı məlumat yayıb.
Bazadakı həyəcan siqnalı verilmiş, ABŞ hərbçiləri mümkün hava hücumuna qarşı müdafiə sistemlərini hazırlamışlar. Suriya təhlükəsizlik xidmətindəki mənbənin "Syria TV"yə verdiyi məlumata görə, Kəsrək bazasında Həsəkə vilayətində qalan əsas Amerika qüvvələri cəmlənib.
Qeyd edək ki, daha əvvəl İranın "Mehr" agentliyi həmin ABŞ hərbi obyektinin günün birinci yarısında minaatanlarla atəşə tutulduğunu yazmışdı. Hadisədən sonra bir neçə Amerika helikopteri havaya qalxmış və əsgərlər bazaya yaxın əraziləri yoxlamağa başlamışlar.