13 
noy
2023
10:33
142

ABŞ-nin Suriyadakı bazaları atəşə tutuldu - Ölənlər var

13 noy, 2023
10:33
142

ABŞ-nin Suriyadakı bazaları atəşə tutuldu - Ölənlər var

ABŞ-nin Suriyanın şərqində və şimal-şərqindəki hərbi bazaları atəşə tutulub.

“Den.az” “Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində amerikalı hərbçilər arasında ölənlər olub. 

Məlumata görə, ABŞ-nin Deyr-əz-Zor vilayətində Koniko qaz yatağı yaxınlığında yerləşən hərbi bazasına 15 raket atılıb. Əsas olaraq hərbi qərargah və anbarlar hədəf alınıb. 10 helikopterin yaralı amerikalıları İraqda hərbi hospitala aaprıldığı bildirilir. 

ABŞ-nin “Əş-Şaddadi” bazasına isə 3 pilotsuz uçuş aparatı ilə hücum edilib. Hücumlara görə məsuliyyəti “İraqın İslam müqaviməti” qruplaşması öz üzərinə götürüb. 

Həlak olanların və yaralıların dəqiq sayı açıqlanmayıb. 

Hərbi bazlara hücumun ABŞ-nin Suriyanın şərqindəki obyektlərə zərbələrinə cavab olduğu qeyd olunub. Belə ki, Pentaqon sözügedən obyektlərin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və İranyönümlü qruplaşmalar tərəfindən istifadə olunduğu iddia edib.





Bizimlə əlaqə saxlayın

Çox oxunanlar