“Amerikalılar bölgədəki eskalasiyaya görə Suriyadakı hərbi bazalarını gücləndirirlər”.
Den.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Suriyadakı hərbi mənbəsinə istinadən məlumat dərc edib.
Bildirilir ki, Amerika hərbçiləri Suriyanın şimal-şərqindəki Həsəkə əyalətindəki bazalarını gücləndirməkdə davam edir.
“ABŞ silahlı qüvvələri hücum imkanlarını təkmilləşdirmək üçün bazalarını 15 “Apaçi” helikopteri ilə gücləndirib. Həsəkə vilayətinin kəndlərində yerləşən Xarab əl-Cir bazasına hərbi texnika, hava hücumundan müdafiə batareyaları, hərbi qulluqçular və 25 təyyarə gətirilib”.
Xatırladaq ki, Pentaqon daha öncə ABŞ müdafiə nazirinin Yaxın Şərqdə İsraili müdafiə etmək üçün əlavə qüvvələrin yerləşdirilməsinə nəzarət edəcəyini açıqlamışdı.
Günəş Fərəh
Den.az
“Amerikalılar bölgədəki eskalasiyaya görə Suriyadakı hərbi bazalarını gücləndirirlər” - KİV

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.