Daha bir kollec direktoru işdən çıxarılıb.
Den.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Şuşa Humanitar Kollecin direktoru Rasim Mehdiyev vəzifəsindən azad edilib.
Məlumata görə, onun işinə iyulun 21-də xitam verilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı Teleqraf-a təsdiqləyib.
Qeyd edək ki, işdən çıxarılan Rasim Mehdiyev ASAN Xidmət-in rəhbəri Ülvi Mehdiyevin əmisidir.