Xəbər verdiyimiz kimi Ukrayna lideri Rusiyanın bir sıra yüksək rütbəli şəxslərini qara siyahıya salıb. Belə ki, Zelenski Putinin keçmiş arvadı və sabiq prezident Boris Yeltsinin qızına qarşı sanksiya tətbiq edib. Sanksiya siyahısında həmçinin Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya, əri Artur, prezidentin bir neçə qohumu, iş adamları Natalya Kasperskaya, Viktor Xmarin və Ruslan Əlisultanov da var.
Denmedia.az xəbər verir ki, Zelenskinin fərmanına əsasən, Rusiya prezidentinin keçmiş həyat yoldaşı Lyudmila da daxil olmaqla 74 nəfərə qarşı şəxsi sanksiya tətbiq edilib.
Ukraynanın sanksiya siyahısına Rusiyanın birinci prezidenti Boris Yeltsinin qızı və müşaviri Tatyana Yumaşeva, onun əri, prezident administrasiyasının keçmiş rəhbəri Valentin Yumaşev də daxildir. Eyni zamanda Avstriyanın sabiq XİN rəhbəri Karin Kneissl, Tatarıstanın keçmiş rəhbəri Mintimer Şaymiyev və ailə üzvləri, Moskva merinin müavinləri Anastasiya Rakova və Natalya Serqunina, Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov, politoloq Dmitri Simes, Müdafiə nazirinin müavini Pavel Fradkov da daxil edilib. Globalinfo.az