Venesuela xalqını və müstəqilliyini qorumaq üçün qanuni özünümüdafiə hüququnu özündə saxlayır.
Bu barədə ölkənin xarici işlər naziri İvan Xil Pinto öz Telegram kanalında açıqlama verib.
Nazir vurğulayıb ki, Karakas Latın Amerikası, Karib hövzəsi ölkələrini və bütün dünya dövlətlərini baş verən “aqressiya qarşısında aktiv həmrəyliyə” çağırır.
“Venesuela xalqını, ərazisini və müstəqilliyini qorumaq üçün özünümüdafiə hüququnu özündə saxlayır”, — deyə Pinto qeyd edib.
Bu arada **Karakas**da ən azı yeddi partlayış qeydə alınıb. Şahidlərin sözlərinə görə, şəhər üzərində aşağı hündürlükdə uçan təyyarələr müşahidə edilib və onların səsləri eşidilib. Həmçinin şəhərin cənub hissəsində, iri hərbi bazanın yaxınlığında tüstü göründüyü bildirilib.
Məlumata görə, baş verənlər fonunda Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.

