Venesuela prezidenti Nikolas Maduro, ABŞ prezidenti Donald Trampın təhdidlərinə görə, Rusiya prezidenti Vladimir Putindən yardım istəyib. The Washington Post nəşrinin yazdığına görə, Maduro Rusiyadan Venesuela üçün raketlər, radarlar, hava hücumundan müdafiə sistemləri və müasir hərbi təyyarələr göndərməyi xahiş edib. Bu müraciət Pentaqonun Karib hövzəsində hərbi qüvvə topladığı bir vaxtda edilib. Mənbələr bildirir ki, Karakas həmçinin İrana və Çinə də müraciət edib. İrandan — 1000 kilometrdən artıq uçuş məsafəsinə malik pilotsuz uçuş aparatları (PUA-lar) və GPS siqnallarını boğan sistemlər, Çindən isə aşkarlama sistemlərinin istehsalının artırılaraq Venesuelaya satılmasını istəyib. Amerikan nəşrinin məlumatı hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Karakasın müraciətinə Rusiya, İran və Çin tərəfindən hər hansı cavab verilib-verilmədiyi isə açıqlanmayıb.
Maduro Putindən hərbi yardım istədi — Karib böhranı yenidən qızışır
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

