ABŞ prezidenti Donald Trump ölkənin əsas neft-qaz şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib ki, Kuba son dərəcə ağır vəziyyətdədir və onun iqtisadiyyatının gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini heç kim dəqiq deyə bilmir.
Trampın sözlərinə görə, Kuba uzun müddət Venesueladan asılı olub — həm neft tədarükü, həm də maliyyə dəstəyi baxımından.
“Hazırda heç kim əslində bilmir ki, Kuba ilə nə olacaq. Onlarda vəziyyət çox pisdir”, — deyə ABŞ prezidenti vurğulayıb.
O qeyd edib ki, əvvəllər Havana Venesueladan göndərilən neft və Karakasın maliyyə yardımı hesabına yaşayırdı. Bundan başqa, Kuba Venesuela hakimiyyətinin hərbi təhlükəsizliyinin təminində də iştirak edirdi. Tramp bildirib ki, bundan sonra Kuba Venesuela tərəfindən heç bir maliyyə vəsaiti almayacaq.

