İran və İsrail 2025-ci ilin dekabr ayının sonunda qarşılıqlı hücumlardan çəkinmək barədə razılığa gəlib. Bu barədə The Washington Post yazır. Qeyd olunur ki, danışıqlar Rusiyanın vasitəçiliyi ilə aparılıb.
Nəşrdə bildirilir ki, İranda etirazların başlamasından bir neçə gün əvvəl, dekabrın sonunda İsrail hakimiyyəti Rusiya vasitəsilə İran rəhbərliyinə məlumat verib: İsrail ilk olaraq hücuma məruz qalmadığı təqdirdə İrana zərbə endirməyəcək.

