İsrail hakimiyyəti ABŞ-ın yaxın günlərdə İrana zərbə endirə biləcəyini hesab edir. Bu barədə mənbələrə istinadən Axios yazır.
Nəşrin həmsöhbətinin sözlərinə görə, ABŞ hakimiyyətinin mövcud planı İranın təhlükəsizlik qüvvələrinə məxsus obyektlərə hücumları nəzərdə tutur. Eyni zamanda amerikalı rəsmilər bildiriblər ki, İranda etirazçıların edamları yenidən başlarsa, hərbi müdaxilə variantı hələ də mümkündür.

