ABŞ Prezidenti Donald Trump bəzi hallarda diktatorların faydalı ola biləcəyini deyib və özünü də onlardan biri adlandırıb.
Tramp Dünya İqtisadi Forumu çərçivəsində Davosda etdiyi çıxışdan danışarkən bildirib ki, çıxışı gözlənilməz dərəcədə müsbət qarşılanıb.
“Yaxşı çıxışımız oldu, təriflər aldıq. Buna inana bilmirəm. Adətən deyirlər ki, o (Tramp) dəhşətli diktatordur. Mən diktatoram. Amma bəzən diktator lazımdır. Bu dəfə isə bunu demədilər”, — deyə Tramp bildirib.
Onun bu açıqlaması Ağ Evin rəsmi YouTube kanalında yayımlanan videoda yer alıb.
Tramp vurğulayıb ki, dedikləri siyasi ideologiya ilə deyil, sağlam məntiqlə bağlıdır:
“Hər şey sağlam düşüncə üzərində qurulub. Bunun mühafizəkarlıqla, liberalizm ilə və ya başqa anlayışlarla əlaqəsi yoxdur”.

