ABŞ Prezidenti Donald Trump Dünya İqtisadi Forumu çərçivəsində Davosda çıxışı zamanı bildirib ki, ABŞ-a Qrenlandiyanın verilməsindən imtina edilərsə, Vaşinqton bunu unutmayacaq.
Tramp vurğulayıb ki, ABŞ Qrenlandiyanı “dünyanın təhlükəsizliyini qorumaq naminə” əldə etmək istəyir.
“Siz bəli deyə bilərsiniz və biz sizə çox minnətdar olarıq. Ya da xeyr deyə bilərsiniz — və biz bunu xatırlayacağıq”, — deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, Qrenlandiyanı əldə etmək üçün güc tətbiq etmək niyyətində deyil. Onun sözlərinə görə, adayı real şəkildə yalnız ABŞ qoruya bilər.

