ABŞ Prezidenti Donald Trump Dünya İqtisadi Forumu çərçivəsində Davosda çıxışı zamanı bildirib ki, ABŞ hərbçiləri Venesuelada indiyədək məlum olmayan silah növündən istifadə edib.
“İki həftə əvvəl elə bir silah gördük ki, onun haqqında heç kim eşitməmişdi. Onlar bizə atəş aça bilmirdilər”, — deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, qarşı tərəf tətik çəksə də, silahdan atəş açılmayıb.

