ABŞ Prezidenti Donald Trump bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması praktikada əvvəl düşünüldüyündən xeyli daha çətin olub. O, bu fikirləri Dünya İqtisadi Forumu çərçivəsində Davosda Qəzza sektoru üzrə Sülh Şurasının nizamnaməsinin imzalanması mərasimində səsləndirib. Tədbirin Ağ Evin YouTube kanalında canlı yayımı aparılıb.
Trampın sözlərinə görə, bu məsələ onun qarşılaşdığı ən çətin vəzifədir.
“Sadə hesab etdiyim məsələ, nəticədə yəqin ki, ən çətin olanı çıxdı”, — deyə Tramp Ukrayna üzrə nizamlanmadan danışarkən vurğulayıb.

