ABŞ prezidenti Donald Trump Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra bildirib ki, Donbass məsələsi Ukrayna üzrə nizamlanma çərçivəsində hələ də həllini tapmayan əsas mövzulardan biri olaraq qalır.
“Bu məsələ üzrə razılaşmaya yaxınlaşırıq. Və bu, mühüm məsələdir”, — Tramp jurnalistlərə deyib.
Onun sözlərinə görə, Donbass məsələsi “şübhəsiz ki, böyük problemlərdən biridir”.
“Bu məsələ hələ həll olunmayıb. Amma düşünürəm ki, məqsədə bir qədər də yaxınlaşmışıq”, — deyə ABŞ prezidenti vurğulayıb.
“Biz böyük irəliləyiş əldə etmişik”, — Tramp əlavə edib.
Tramp qeyd edib ki, Zelenski ilə görüş zamanı sülh sazişinin bütün aspektləri müzakirə olunub.
“Mən həqiqətən düşünürəm ki, Ukraynada nizamlanmaya nail olmağa xeyli yaxınlaşırıq”, — deyə o bildirib.

