İranın ali rəhbərinin müşaviri Əli Şamxani bildirib ki, ABŞ Tehrana qarşı hərbi addım atacağı təqdirdə İsrail İran üçün qanuni hədəfə çevriləcək.
Bu barədə Şamxani Al Mayadeen telekanalına müsahibəsində xəbərdarlıq edib.
“İsrail və Amerika iki ayrı tərəf deyil, onlar bir bütövdür. Əgər Amerika zərbə endirərsə, İsrail də şübhəsiz prosesə cəlb olunacaq”, — deyə o vurğulayıb.
Əli Şamxani qeyd edib ki, mümkün cavab zərbələrinin miqyası ABŞ-ın atacağı addımlardan asılı olacaq. Bununla belə, İranın cavabı “mütənasib və adekvat” olmalıdır.

