Abbas Araqçi şənbə günü verdiyi açıqlamada bildirib ki, ABŞ İrana qarşı hərbi addım atarsa, Tehran regiondakı Amerika hərbi obyektlərinə zərbələr endirəcək.
Araqçi bu fikirləri Al Jazeera telekanalına müsahibəsində səsləndirib:
“Əgər ABŞ İrana zərbə endirsə, biz regiondakı Amerika bazalarına hücum edəcəyik. Bu obyektlər zərbə məsafəsindədir”.
O vurğulayıb ki, cavab tədbirləri yalnız ABŞ-ın hərbi hədəflərinə yönələcək. Nazir əlavə edib ki, İran Silahlı Qüvvələri istənilən düşmənçilik aktına qətiyyətlə cavab verməyə tam hazırdır.

