Fevralın 6-da saat 09:10 radələrində Bakının Binəqədi rayonunda yerləşən İdrak liseyindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub. TƏBİB-in məlumatına görə, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.
Xəsarət alan şəxs 1997-ci il təvəllüdlü qadındır. O, Klinik Tibbi Mərkəzə hospitalizasiya olunub. Müayinələr nəticəsində qadına odlu silah yarası diaqnozu qoyulub. Pasiyentə zəruri tibbi yardım göstərilib, laborator və instrumental müayinələr aparılıb.
Hazırda müalicə cərrahiyyə şöbəsində davam etdirilir. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Qeyd edək ki, bu gün İdrak liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi müəllimə atəş açıb.

