İdrak liseyinin müəlliməsi, 1997-ci il təvəllüdlü qadın, təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırıldıqdan sonra evə buraxılıb. O, müalicəsini ambulator şəraitdə davam etdirəcək.
Bu barədə məlumatı Kliniki Tibbi Mərkəz yayıb.
Xatırladaq ki, 6 fevral 2026-cı il tarixində İdrak liseyində 10-cu sinif şagirdi məktəbə ov tüfəngi gətirərək riyaziyyat müəlliminə atəş açıb. Yeniyetmə saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.

