Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, müəllimənin vəziyyəti yaxşı olaraq qiymətləndirilir.
Lakin, o, hələ "İdrak" liseyindəki işinə geri dönməyib.
Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində silahlı insident baş verib.
Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib.

