İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən genişmiqyaslı təlimlər zamanı “Sayyad-3G” zenit raketinin gəmi versiyasının sınaq buraxılışını həyata keçirib. Bu barədə şənbə günü Mehr agentliyi məlumat yayıb.
Məlumata görə, uzaqmənzilli zenit raketinin gəmi variantı ilk dəfə olaraq hərbi təlimlər çərçivəsində uğurla işə salınıb və istismara verilib.
Agentlik bildirir ki, raket “Şəhid Sayyad Şirazi” hərbi gəmisindən “Hörmüz boğazının ağıllı idarə olunması” adlı dəniz təlimləri zamanı buraxılıb.

