İran bazar günü Hörmüz boğazı ərazisində iki gün davam edəcək hərbi təlimlərə start verir. Təlimlər zamanı döyüş atışlarının həyata keçiriləcəyi bildirilir. Bu barədə Al Jazeera məlumat yayıb.
Məlumata görə, təlimlər təkcə Hörmüz boğazını deyil, eyni zamanda Fars körfəzi və Oman körfəzinə bitişik əraziləri də əhatə edəcək. Lakin Tehran bu təlimlərdə hansı hərbi qüvvə və vasitələrin iştirak edəcəyi ilə bağlı açıqlama verməyib.
Qeyd olunur ki, bölgədə strateji əhəmiyyətə malik olan Hörmüz boğazında keçirilən bu tip təlimlər beynəlxalq səviyyədə diqqətlə izlənir.

