İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Dəniz Qüvvələrinə məxsus katerlər Hörmüz boğazında ABŞ bayrağı altında üzən “Stena Imperative” tankerinə yaxınlaşıb.
Bu barədə CBS News telekanalı Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Vanguard Tech-ə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İran katerləri radio vasitəsilə tanker kapitanına “mühərrikləri dayandırmaq və yoxlamaya hazırlaşmaq” əmri veriblər. Lakin gəmi marşrutunu dəyişməyib və sürətini artıraraq yoluna davam edib.

