İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı ilə bağlı sərt bəyanat verib. Qurumun komandanının müşaviri İbrahim Cabari bildirib ki, Tehran bu strateji su yolundan keçməyə cəhd edən istənilən gəmini hədəfə ala bilər.
“Hörmüz boğazından keçməyə çalışan hər bir gəmini yandıracağıq. Bu bölgədən bir damla belə neftin çıxmasına icazə verməyəcəyik”, – deyə o vurğulayıb.
Cabari əlavə edib ki, İran zərurət yaranarsa Yaxın Şərqdə yerləşən bütün neft kəmərlərinə zərbə endirməyə və regiondan neft ixracını tam bloklamağa hazırdır.
Hörmüz boğazı qlobal enerji tədarükü baxımından ən həssas nöqtələrdən biri hesab olunur və dünya neft daşımalarının əhəmiyyətli hissəsi məhz bu marşrutdan keçir. Buna görə də bu cür açıqlamalar beynəlxalq bazarlarda ciddi narahatlıq yaradır.

