ABŞ Prezidenti Donald Tramp son günlər İranla bağlı danışıqlar apardığını və bu təmasları davam etdirməyi planlaşdırdığını bildirib.
ABŞ lideri danışıqları kimlə və nə vaxt apardığını dəqiqləşdirməyib. Bununla yanaşı, Tramp hazırda ABŞ-ın çox sayda “çox güclü” hərbi gəmisinin İrana doğru hərəkət etdiyini bir daha xatırladıb.
“Ümid edirəm ki, onlardan istifadə etməyə ehtiyac qalmaz”, — deyə o vurğulayıb.
Donald Tramp həmçinin Tehrana irəli sürdüyü tələbləri də açıqlayıb:
“Onlara iki şey dedim. Birincisi, nüvə silahı olmayacaq. İkincisi isə etirazçıların öldürülməsini dayandırın”, — deyə ABŞ prezidenti bildirib.

