İran dövlət televiziyası fevralın 28-i səhər saatlarında İranın ali dini lideri, ayətullah Əli Xameneinin iqamətgahında endirilən aviazərbə nəticəsində həlak olduğunu bildirib.
Məlumatda qeyd olunur:
“Millətin lideri, İslam İnqilabının Ali Rəhbəri, Zati-müqəddəsləri Böyük Ayətullah İmam Xamenei şəhid olub.”
Rəsmi açıqlamaya görə, Xamenei zərbə anında “xidməti vəzifələrini yerinə yetirirdi” və iş otağında olub.
İranın Fars agentliyi xəbər verir ki, hücumlar nəticəsində Xameneinin ailə üzvlərindən dörd nəfər də həlak olub. Onların arasında qızı, kürəkəni, nəvəsi və gəlinlərindən biri olduğu bildirilir.
Hadisə ilə əlaqədar İranda 40 günlük matəm elan edilib. Yaxın yeddi günün qeyri-iş günü olacağı açıqlanıb.

