İran Ali Lider Ayətullah Ali Xameneinin hazırladığı hərbi planın icrasına başlayıb.
Bu barədə Financial Times qəzeti mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, İran qüvvələri Ayətullah Ali Xamenei və Tehranın yüksək hərbi komandanlığı tərəfindən hazırlanmış planın həyata keçirilməsinə başlayıb.
Jurnalistlərin məlumatına əsasən, Xamenei və onun yaxın çevrəsi bu planın hazırlanmasına 2025-ci ilin iyun ayında, İsrail ilə İran arasında 12 günlük hərbi qarşıdurmadan sonra start veriblər.
Mənbənin sözlərinə görə, planın əsas məqsədi ABŞ və İsrailə təzyiq göstərmək, onları hücumları dayandırmağa məcbur etməkdir.
Ehtimal olunur ki, plan çərçivəsində enerji obyektlərinə zərbələr və regionda hava nəqliyyatında ciddi pozuntulara səbəb ola biləcək əməliyyatlar da nəzərdə tutulur.

