ABŞ prezidenti Donald Tramp İran üçün “yaxşı lider” ola biləcək bir neçə namizədin olduğunu bildirib.
O, bu barədə NBC News telekanalına telefon müsahibəsində danışıb.
Trumpun sözlərinə görə, Vaşinqton İran rəhbərliyinin tam dəyişdirilməsini istəyir, lakin mümkün namizədlərin adlarını açıqlamayıb.
“Biz gəlib hər şeyi təmizləmək istəyirik. Onların yaxşı liderə sahib olmasını istəyirik. Bu işi yaxşı bacara biləcək bir neçə nəfər var”, — deyə Donald Tramp qeyd edib.

