ABŞ prezidenti Donald Trump bildirib ki, Tehran Vaşinqtonla razılaşma bağlamaq istəyir, lakin ABŞ-ı yalnız İranı nüvə və raket proqramlarından məhrum edən saziş qane edəcək.
Tramp bu fikirləri Fox Business telekanalına müsahibəsində səsləndirib və İranın razılaşmaya maraqlı olduğunu vurğulayıb.
“Bu, yaxşı razılaşma olacaq: nüvə silahı yoxdur, raket yoxdur, bunların heç biri yoxdur, artıq heç nə yoxdur – istədiyiniz hər şey,” – deyə Tramp qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, hazırda İran istiqamətində böyük bir donanma hərəkət edir və vəziyyətin necə inkişaf edəcəyini zaman göstərəcək.
“Məncə, onlar razılaşma istəyirlər. Əgər istəməsələr, bu, axmaqlıq olar,” – deyə o bildirib.
Tramp xatırladıb ki, ötən yay ABŞ İranın nüvə proqramı ilə əlaqəli obyektlərinə zərbələr endirib.
“Keçən dəfə onların nüvə potensialını sıradan çıxardıq. Bu dəfə daha çoxunu sıradan çıxarıb-çıxarmayacağımıza baxacağıq,” – deyə ABŞ prezidenti əlavə edib.

