"Turkish Airlines" aviaşirkəti İstanbul – İrəvan – İstanbul marşrutu üzrə uçuşlara başlayıb. Bu marşrut üzrə ilk reys İrəvandakı Zvartnots hava limanına eniş edib.
Erməni KİV-lərinin məlumatına görə, reysin qarşılanma mərasimində Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbəri Miqran Xaçatryan, “Beynəlxalq Hava Limanları – Ermənistan” şirkətinin rəhbərliyi, "Turkish Airlines" şirkətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Bildirilib ki, İstanbul – İrəvan – İstanbul marşrutu üzrə uçuşlar hər gün həyata keçiriləcək. 14 maydan etibarən reyslərin sayı həftədə 10 dəfə, 15 iyundan isə həftədə 14 dəfə olacaq

