ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı artan narahatlıqlar fonunda bu axşam İstanbuldan Tehrana bir neçə aviareys ləğv edilib.
Uçuşları ləğv edən aviaşirkətlər bunlardır:
– Turkish Airlines (Türkiyə aviaşirkəti)
– Ata Airlines (İran aviaşirkəti)
– Qeshm Air (İran aviaşirkəti)
Qərarın regionda təhlükəsizlik riskləri ilə əlaqəli olduğu bildirilir.


