İsrail İran ərazisinə zərbələri tam gücü ilə davam etdirir. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib. Onun sözlərinə görə, Tehrana qarşı aparılan bu kampaniya çərçivəsində İsrailin planında hələ çoxlu “sürprizlər” var.
Netanyahu televiziya müraciətində qeyd edib ki, İsrailin məqsədi İran daxilində vəziyyəti dəyişə biləcək şərait yaratmaqdır.
Bizim planımız var və bu planda çoxlu sürprizlər nəzərdə tutulub. Biz İran xalqının rejimi devirməsinə kömək edəcək şərait yarada bilərik. Hər şeyi açıqlaya bilmərəm, – deyə Binyamin Netanyahu bildirib.
İsrailin baş naziri eyni zamanda İran vətəndaşlarını öz talelərini öz əllərinə almağa və hakimiyyəti dəyişməyə çağırıb. O, həmçinin SEPAH hərbçilərinə silahı yerə qoymaq çağırışı edib.

