İsrail İranda yerləşən qaz obyektlərinə hücumları təkbaşına həyata keçirib.
Bu barədə İsrailin baş naziri Binyamin Netanyahu mətbuat konfransında açıqlama verib.
Netanyahu bildirib ki, ABŞ prezidenti Donald Trampın xahişi ilə İsrail hələlik bu tip yeni hücumlardan çəkinəcək.
“İki məqamı deyə bilərəm. Birinci fakt: İsrail Əssaluyedə yerləşən qaz obyektinə qarşı təkbaşına hərəkət edib. İkinci fakt: prezident Tramp bizdən gələcək hücumlardan çəkinməyi xahiş edib və biz də buna əməl edirik”, – deyə Netanyahu bildirib.

