ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranın xahişi ilə enerji infrastrukturlarına zərbələri 10 gün müddətinə dayandıracaq.
Bu barədə o, Truth Social platformasında paylaşım edib.
“Fasilə 6 aprelə qədər davam edəcək.”
Tramp qeyd edib ki, tərəflər arasında danışıqlar davam edir və onun sözlərinə görə, proses “çox uğurlu gedir”.
O, bəzi KİV-lərin yaydığı məlumatları isə etibarsız adlandırıb.
Qeyd edək ki, Tramp daha əvvəl — 23 martda — zərbələrin 5 günlüyə təxirə salınacağını açıqlamışdı.

