ABŞ prezidenti Donald Tramp bildirib ki, bu gün İrana qarşı ciddi zərbə endiriləcək.
O, bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
Trampın sözlərinə görə, İran hazırda çox çətin vəziyyətdədir və region ölkələrinə qarşı hücumları dayandıracağına söz verib. O iddia edib ki, bu qərar ABŞ və İsrailin davamlı hücumları nəticəsində qəbul olunub.
ABŞ lideri həmçinin qeyd edib ki, İranın regionda təsiri zəifləyib və ölkə artıq “Yaxın Şərqin tiranı” deyil, “məğlubu” vəziyyətindədir.
Tramp əlavə edib ki, İranın davranışları səbəbindən daha əvvəl hədəf sayılmayan bəzi ərazilərə və qruplara qarşı da zərbələr endirilməsi məsələsi nəzərdən keçirilir.


