Münaqişənin başlanmasından bəri İran və ABŞ arasında heç bir danışıqlar aparılmayıb. Bu barədə RIA Novosti İran diplomatik mənbəsinə istinadən məlumat yayıb.
“Müharibə başlayandan bəri ABŞ ilə heç bir danışıqlar olmayıb, lakin onlar danışıqlar üçün müraciət edirlər,” — deyə diplomat bildirib.
2 aprel tarixində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai bildirib ki, İran vasitəçilərdən münaqişənin dayandırılması ilə bağlı təkliflər alıb.
Baqainin sözlərinə görə, hazırda İran və ABŞ arasında danışıqlar aparılmır.

