İran və ABŞ arasında nüvə dosyesi üzrə üçüncü raund danışıqlar fevralın 26-da Cenevrədə keçiriləcək.
Bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatemeh Mohajerani brifinqdə məlumat verib.
“Sabah Cenevrədə danışıqlar baş tutacaq”, – deyə o bildirib.
Onun sözlərinə görə, məsləhətləşmələrin gedişi ilə bağlı məlumatı İran Xarici İşlər Nazirliyinin nümayəndələri ictimaiyyətə çatdıracaq.

