İranın ABŞ-la danışıqlarda iştirakı Tehranı mümkün müharibəyə hazırlıq səviyyəsini azaltmağa vadar etməyəcək.
Bu barədə İran İslam Respublikasının xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi RIA Novostiyə açıqlamasında bildirib.
“ABŞ-ın İranla danışıqlarda iştirakı İranın müharibəyə hazırlıq səviyyəsini aşağı salacağı anlamına gəlmir”, — deyə o vurğulayıb.
İranlı diplomat xatırladıb ki, 2025-ci ilin yayında ABŞ məhz iki ölkə arasında danışıqlar getdiyi dövrdə İrana hücum edib.
Qəribabadi Vaşinqtonu xəbərdar edərək qeyd edib ki, regiona əlavə qüvvələrin cəmləşdirilməsi yolu ilə təzyiq göstərilməsi gözlənilən nəticəni verməyəcək.
Bununla yanaşı, nazir müavini bildirib ki, İran üçün əsas prioritet ABŞ-la danışıqlar deyil, müharibəyə “200% hazır olmaqdır”.

