İran ABŞ-a müharibənin başa çatdırılması üçün 10 maddəlik plan təqdim edib. Bu barədə The New York Times məlumat yayıb.
Məlumata görə, plan Pakistan vasitəçiləri üzərindən Vaşinqtona çatdırılıb. Tehran hücumsuzluq zəmanəti, sanksiyaların tam ləğvi və regiondakı müttəfiq qüvvələrə zərbələrin dayandırılmasını tələb edir.
Şərtlər arasında həmçinin dağıdılmış infrastrukturun bərpası üçün kompensasiya ödənilməsi də yer alır.
Bunun müqabilində İran Hörmüz boğazını açmağa hazır olduğunu bildirib. Təklifə əsasən, hər bir gəminin keçidi üçün təxminən 2 milyon dollar ödəniş tətbiq oluna bilər və bu vəsaitin bir hissəsi infrastrukturun bərpasına yönəldiləcək.
ABŞ prezidenti Donald Tramp isə bu təşəbbüsə münasibət bildirərək onu kifayət hesab etmədiyini deyib:
“Bu, əhəmiyyətli təklifdir. Bu, ciddi addımdır. Amma kifayət qədər yaxşı deyil”, — deyə Tramp vurğulayıb.

