ABŞ Administrasiyası Yaxın Şərq böhranının tənzimlənməsi üçün Tehrana 15 maddəlik geniş plan təqdim edib. Bu barədə The New York Times məlumat yayıb.
Sənədə görə, plan Pakistan vasitəçiliyi ilə İran tərəfinə ötürülüb və Vaşinqtonun əsas narahatlıqlarını əhatə edir.
“Sənəd İranın raket və nüvə proqramları, eləcə də regionda gəmiçiliyin təhlükəsizliyi kimi əsas məsələləri əhatə edir.”
Hazırda planın İran rəhbərliyinin hansı dairələrinə təqdim olunduğu dəqiq bilinmir. Eyni zamanda, Tehranın bu sənədi danışıqlar üçün əsas kimi qəbul edib-etməyəcəyi də açıq qalır.

