ürkiyə, Misir və Səudiyyə Ərəbistanı Pakistana Hörmüz boğazından neft daşımalarının idarə olunması üçün konsorsium yaratmağı təklif edib. Bu barədə Reuters məlumat yayıb.
Mənbələrin sözlərinə görə, təklifə Süveyş kanalına bənzər rüsum sistemi də daxildir. Həmçinin bildirilib ki, bu konsorsium dəniz yolu ilə neft daşımalarına nəzarəti həyata keçirə bilər.
Qeyd olunur ki, təşəbbüs ABŞ və İranla da müzakirə edilib. Pakistan ordusunun baş komandanı Asim Munir ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə müntəzəm təmasda olub.
Türkiyə tərəfi isə vurğulayıb ki, əsas məqsəd atəşkəsin təmin olunması və Hörmüz boğazında tanker hərəkətinin təhlükəsizliyinin qorunmasıdır.

