İslamabad şəhərində ABŞ və İran nümayəndə heyətlərinin mümkün danışıqları üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri qüvvədə saxlanılır.
Bu barədə Associated Press mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İslamabad küçələrində və əsas magistral yollarında polis və hərbi qüvvələrin gücləndirilmiş nəzarət-buraxılış postları yerləşdirilib.
Pakistan tərəfi isə hələ də Tehrandan nümayəndə heyətinin danışıqlara nə vaxt göndəriləcəyi ilə bağlı cavab gözləyir.
Bundan əvvəl Donald Tramp bildirib ki, Asim Munir və Şahbaz Şərifin xahişi ilə İrana yeni zərbələri hələlik təxirə salıb, lakin İran limanlarına qarşı dəniz blokadasının qüvvədə qalacağını vurğulayıb.

