ABŞ və İran nümayəndə heyətləri İslamabadda danışıqları bu gün də davam etdirmək barədə qərar qəbul ediblər, bu barədə Press TV telekanalı məlumat yayıb.
Məlumata görə, bu təmaslar əvvəlki kimi Pakistan hakimiyyətinin vasitəçiliyi ilə keçiriləcək.
Bundan əvvəl Yaxın Şərq KİV-ləri şənbə günü və bazar gecəsi keçirilən üç raund danışıqların nəticəsində ABŞ və İranın bütün mübahisəli məsələləri həll edə bilmədiyini bildirmişdi.

