ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazını açmağa razı sala biləcəyinə əminliyini bildirib.
O, Fox News telekanalına müsahibəsində deyib:
Mən düzgün qərar qəbul edəcəyəm. Boğaz açıq olacaq, İranın nüvə silahı olmayacaq və dünya əvvəlki kimi yaşamağa davam edəcək.
Tramp hansı konkret tədbirləri görməyi planlaşdırdığını açıqlamayıb.
Onun sözlərinə görə, ABŞ bir neçə dəfə İranla münaqişənin diplomatik həllinə çox yaxın olub, lakin hər dəfə Tehran son anda razılaşmadan imtina edib.

