İsrail ABŞ və İran arasında əldə olunan sülh razılaşmasından narazı qalıb.
Bu barədə The New York Times sənədlə tanış olan israilli mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Təl-Əviv razılaşmanın İran xəzinəsinə vəsaitlərin qaytarılmasına imkan yaratmasından narazıdır. İsrail tərəfi hesab edir ki, bu addım “rejimin çöküşü üçün şərait yaratmaq” əvəzinə, İranın maliyyə imkanlarını bərpa edə bilər.
Bundan başqa, İranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcəyi məsələsinin də sənəddə aydın cavab tapmadığı bildirilir. İsrailin fikrincə, Vaşinqton bu məsələdə Tehranın “xoş niyyətinə” güvənir.
Mənbənin sözlərinə görə, razılaşmada İranın öz proksi qüvvələrinə, o cümlədən Livandakı “Hizbullah”a dəstəyinin dayandırılması məsələsi də konkret şəkildə göstərilməyib.
İsrail tərəfi bu səbəbdən hesab edir ki, saziş regionda təhlükəsizliklə bağlı əsas sualları açıq saxlayır.

