İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampın elan etdiyi ABŞ-İran razılaşmasını “xəyanət” kimi qiymətləndirir.
Bu barədə İsrailin Ynet xəbər portalı yüksək vəzifəli rəsmilərə istinadən məlumat yayıb.
Portalın mənbələrindən biri bildirib ki, Təl-Əvivdə bu razılaşma “pis saziş” hesab olunur. İsrail tərəfinin fikrincə, mümkün razılaşma ölkənin maraqları ilə ziddiyyət təşkil edir.
Mənbə əlavə edib ki, İsrail ABŞ və İran arasında aparılan danışıqların gedişinə təsir imkanlarının məhdud olmasından da narahatdır.
Ynet-in yazdığına görə, İsrail rəsmiləri formalaşmaqda olan ABŞ-İran razılaşmasının İsrailin strateji hədəflərinə cavab vermədiyini bildirirlər.
Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla mümkün razılaşmanın imzalana biləcəyini açıqlamışdı. İran tərəfi isə sazişin imzalanacağı vaxt və məkanla bağlı yekun məlumatın təsdiqlənmədiyini bildirib.

