Fransada ardıcıl rekord yüksək hava temperaturu müşahidə olunur. Bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, 25 iyun cümə axşamı Fransa meteoroloji müşahidələri tarixində çərşənbə günü ilə birlikdə ən isti gün kimi qeydə alınıb.
Telekanalın məlumatına əsasən, cümə axşamı ölkə üzrə orta sutkalıq temperatur 30 dərəcə təşkil edib. Eyni göstərici bir gün əvvəl də qeydə alınmış və yeni tarixi maksimum olmuşdu.
Əvvəlki rekord 24 iyun çərşənbə günü müəyyən edilmişdi. Həmin gün orta sutkalıq temperatur 30 dərəcəyə çataraq çərşənbə axşamı qeydə alınan göstəricini üstələmişdi. Çərşənbə axşamı ölkə üzrə orta temperatur 29,9 dərəcə olmuşdu.

